Culfada kafedə ciddi nöqsanlar aşkarlanıb, fəaliyyəti məhdudlaşdırılıb - FOTOLAR
Culfa şəhərində fəaliyyət göstərən kafedə ciddi nöqsanlar aşkar edilib.
Naxçıvan Qida Təhlükəsizliyi Agentliyindən NUHÇIXAN-a verilən məlumata görə, obyektin qida təhlükəsizliyi qeydiyyatından keçmədiyi, sanitar-gigiyenik qaydalara əməl olunmadığı məlum olub.
Eyni zamanda istifadə olunan bəzi məhsulların yararlılıq müddətinin bitdiyi, dezinfeksiya işlərinin aparılmadığı, mal qonşuluğu prinsipinə riayət olunmadığı, işçilərin tibbi müayinələrdən keçmədiyi aşkarlanıb.
Aşkarlanmış nöqsanların aradan qaldırılması üçün müvafiq göstərişlər verilib və çatışmazlıqlar aradan qaldırılanadək kafenin fəaliyyəti məhdudlaşdırılıb.