Ötən yeddi ayda narkotik vasitələr və psixotrop maddələrin qaçaqmalçılığı ilə bağlı 144 fakt aşkarlanıb

A- A A+

Cari ilin yanvar-iyul ayında hüquq-mühafizə orqanları narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı 144 fakt aşkar edib.

NUHÇIXAN xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının icmalında qeyd edilib.

Bildirilib ki, həmin faktlar üzrə qanunsuz dövriyyədən təqribən 2,1 ton və 5 183 həb metadon narkotik vasitə və psixotrop maddə, 13 194 həb güclü təsiredici maddə çıxarılıb.

Ümumilikdə, aşkarlanmış cinayətlərin 159 qrup halında törədilib və həmin faktlar üzrə qanunsuz dövriyyədən çəkisi 1,5 tondan çox nakotik vasitə, psixotrop maddə müsadirə edilib.

Vurğulanıb ki, 1490 cinayət faktını əvvəllər məhkum olunmuş şəxslər törədib və onlardan 1 tondan çox müxtəlif növ narkotik vasitə və psixotrop maddə müsadirə edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: