Naxçıvan Muxtar Respublikası (MR) Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti İdarəsinə yeni rəis təyin edilib
NUHÇIXAN-ın məlumatına görə, fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə daxili xidmət mayoru Ramil Eminov sözügedən idarənin rəisi təyin olunub.
R.Eminov bundan əvvəl FHN-in Dövlət Yanğın Nəzarəti İdarəsinin inspektoru və digər vəzifələrdə çalışıb.