Azərbaycan beynəlxalq axtarışda olan Tacikistan vətəndaşını təhvil verib

A- A A+

Tacikistan vətəndaşı, 1983-cü il təvəllüdlü İbronov Xokimcon İmomconoviçin cinayət məsuliyyətinə cəlb edilməsi üçün verilməsinə dair həmin dövlətin Baş Prokurorluğunun vəsatəti Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən təmin olunub.

Baş Prokurorluğun mətbuat xidmətindən NUHÇIXAN-a bildirilib ki, Tacikistanda xüsusilə külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi əməlinin törədilməsində təqsirləndirilən beynəlxalq axtarışa elan edilmiş İbronov Xokimcon İmomconoviç 2025-ci ilin may ayında Azərbaycanda müəyyən edilərək saxlanılıb, barəsində həbs qətimkan tədbiri seçilib.

"Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 2002-ci il oktyabrın 7-si tarixli Konvensiyaya əsasən təqsirləndirilən şəxsin ekstradisiyası haqqında qərar qəbul edilərək, o, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin xüsusi konvoyunun müşayiəti ilə Tacikistanın səlahiyyətli orqanına təhvil verilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: