“Diplomat” komandası Naxçıvanı təmsil edəcək

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Şahmat Mərkəzində “Naxçıvan Muxtar Respublikası-95” devizi altında ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında “Poliqon” strateji intellektual oyunu üzrə “Universiada” keçirilib.

“Axtarış”, “Hədəf”, “Saxlama”, “Zəfər” və “Ekstar” mərhələlərindən ibarət oyunda 14 komandaiştirak edib. Oyunda səsləndirilən 24 sualdan daha çoxuna cavab verən  “Diplomat” komandası I, “Turan” komandası II, “Qisas” komandası isə III yerə layiq görülüb.

Sonda qaliblərə Gənclər və İdman Nazirliyinin diplomları, fəxri fərmanları, oxunması zəruri olan kitablar, həmçinin Azərbaycan və dünya ədəbiyyatı nümunələri təqdim olunub.

Qeyd edək ki, oyunda qalib olan komanda Bakı şəhərində keçiriləcək "Poliqon" Strateji İntellekt Oyunu üzrə II Respublika Universiadasında Naxçıvanı  təmsil edəcək.

Sadiq Məmmədov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: