NUHÇIXAN xəbər verir ki, Naxçıvan Atçılıq və İstirahət Mərkəzində8 mart Beynəlxalq Qadınlar Günü münasibətilə konsert proqramı təşkil olunub.
Konsertdə kollektivlərin ifasında bir-birindən gözəl ifalar səslənib. Tamaşaçılar milli musiqilərimiz və bəstəkar mahnılarını alqışlarla qarsalayıblar.
Naxçıvan şəhərindən təqribən 4 kilometr məsafədə yerləşən Atçılıq və İstirahət Mərkəzi turist və yerli sakinlərin sevimli məkanına çevrilib. Mərkəz səhər saat 9-dan gecə saat 12-dək işləyir. Turist və yerli sakinlər istirahət mərkəzinin xidmətlərindən istifadə edə bilərlər.
Turab Hacızadə