Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə Aparat rəhbəri təyin olunub
NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri İlqar Sadıqovun əmri ilə Əmirov Turab Siyasət oğlu Komitənin Aparat rəhbəri vəzifəsinə təyin olunub. Bu gün Turab Siyasət oğlu Əmirov Komitə kollektivinə təqdim olunub.
Qeyd edək ki, Turab Əmirov bu təyinata qədər Naxçıvan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Maliyyə və Təminat şöbəsinin müdiri vəzifəsində çalışıb.