Naxçıvanda Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi yaradılır

A- A A+

Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminə (EKTİS) inteqrasiya üçün avadanlıqların satın alınmasını və Fermer Çağrı Mərkəzinin Yaradılmasını planlaşdırır.

NUHÇIXAN bu barədə dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir.

Məlumata görə, qurum bununla bağlı açıq tender elan edib.

Tenderdə iştirak haqqı 450 manatdır.

İddiaçılar təkliflərini sentyabrın 10-na qədər nazirliyin yerləşdiyi Naxçıvan şəhəri, Xətai məhəlləsinə təqdim edə bilərlər.

Təkliflərə sentyabrın 10-da, saat 14:00-da qeyd olunan ünvanda baxılacaq.

Xatırladaq ki, 2023-cü ildə Hesablama Palatası nazirlikdə apardığı yoxlamalardan sonra qurumda EKTİS-in yaradılmadığını nöqsan kimi qeyd etmişdi.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: