Gəncliyin zirvəsində qəhrəmanlıq

A- A A+

Elnur Eyvaz oğlu Nuriyev 22 avqust 1975-ci ildə Zəngilan rayonunun Cahangirbəyli kəndində anadan olub. 1982–1992-ci illərdə doğma kəndində orta təhsil alıb.

1993-cü ildə hərbi xidmətə çağırılan Elnur Nuriyev qısa müddətli təlimdən sonra cəbhə bölgəsinə göndərilib. O, Füzuli rayonunun Kürdmahmudlu və Alxanlı kəndləri uğrunda döyüşlərdə igidlik göstərib. Daha sonra minaaxtaranlar bölüyünün komandiri təyin edilib. Tərtər istiqamətində gedən ağır döyüşlərdə – Qapanlı və Seysulan kəndlərinin azad olunmasında böyük şücaət nümayiş etdirib.

1994-cü il 4–5 oktyabr hadisələri zamanı dövlət çevrilişinə cəhd edən silahlı dəstənin zərərsizləşdirilməsi üçün Gəncəyə göndərilən Elnur Nuriyev döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına həlak olub. Subay idi.

Azərbaycan Respublikası Prezidentinin 5 oktyabr 1994-cü il tarixli 215 saylı Fərmanı ilə Nuriyev Elnur Eyvaz oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.

Milli Qəhrəman Kürdəmir şəhərinin Şəhidlər xiyabanında dəfn olunub.

Nurtac İsmayılova

Naxçıvan Dövlət Universitetinin "Jurnalistika " ixtisası üzrə

II kurs tələbəsi

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: