İbtidai təhsil üzrə ümumi təlim nəticələri və problemlərin həlli yollari

A- A A+

Cəmiyyətin inkişafında mühüm bir istiqamətin – təhsilin əsas daşıyıcılarından biri müəllimlərdir. Cəmiyyətə yararlı vətəndaşların yetişdirilməsində, təhsil sistemi qarşısında qoyulan vəzifələrin müvəffəqiyyətlə yerinə yetirilməsində ibtidai təhsilin, eləcə də ibtidai sinif müəllimlərinin rolu böyükdür. 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2013-cü il 24 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda ümumi təhsil sisteminin müasir dövrün tələb və çağırışlarına uyğun inkişafı ilə bağlı müəyyənləşdirilmişhədəflərdən irəli gələn vəzifələrin yerinə yetirilməsi daim diqqətdə saxlanıb, onların reallaşdırılması istiqamətində məqsədyönlü təşkilati və əməli tədbirlər həyata keçirilib.

Yüksək qürur və  minnətdarlıq hissi ilə qeyd edilməlidir ki, Naxçıvan Muxtar Respublikasında müntəzəm dövlət dəstəyi və qayğısının nəticəsi olaraq, yeni məktəblərinşa edilir. O cümlədən ucqar yaşayış məntəqələrindəki yararsız vəziyyətə düşmüş məktəblər yenidən qurulur. Bu işlərin davamı olaraq  maddi-tədris bazasının möhkəmləndirilməsi sahəsində aparılan işlərümumi təhsilin infrastrukturunun yenidənqurulmasına, təlim-tərbiyə şəraitinin, təhsilin keyfiyyətininyaxşılaşmasına, pedaqoji kollektivlərdə iş əzminin yüksəlməsinə əhəmiyyətli şəkildə  təsir göstərib.  Naxçıvan Muxtar Respublikasında  ən ucqar məktəblər elektron lövhələrlə, yeni avadanıqlarla, zəngin kitabxana ilə təchiz olunu. Bu yaradılan şəraitmüəllimlərin qarşısında mükəmməl pedaqoq kimi fəaliyyət göstərmək öhdəlikləri qoyur..

İbtidai təhsil — uşaqların ümumi təhsilinin birinci mərhələsidir. İbtidai təhsil alan uşaqlar ətraf mühit haqqında ilkin biliklər əldə edir, ünsiyyət və tətbiqi məsələləri həll etmək bacarıqlarına yiyələnirlər. Bu mərhələdə uşağın şəxsiyyəti formalaşmağa və inkişaf etməyə başlayır ki, bu da ibtidai təhsilin cəmiyyət və ölkə üçün əhəmiyyətinin ifadəsidir. İbtidai təhsilin məqsədi uşaqlarda oxu, yazı və hesablama vədişləri yaratmaq və möhkəmləndirməkdir. Bundan başqa  uşaqlara insan, cəmiyyət, təbiət və onlar arasındakı qanunauyğunluqlar haqqında ilkin həyati biliklərin verilməsini təmin etmək, onlarda  məntiqi və yaradıcı təfəkkür elementlərini formalaşdırmaq, istedadlı olanların  erkən yaşdan üzə çıxarılmasını və inkişafını təmin etmək, həssaslıq, estetik və bədii zövq, əxlaqi-mənəvi keyfiyyətlər, fiziki mədəniyyət və özünəxidmət bacarıqları aşılamaqdır.

Əksər dünya ölkələrində olduğu kimi ölkəmizdə də ibtidai təhsil icbaridir.

Daha çox xarakterik element kimi bir cox müəllimlər hələ də şagirdin  sadəcə biliyinə yönəlmiş təlim metodlarından istifadə edirlər. Halbuki, yeni təlim istahatlarımüəllimlərə şagirdlərin sabahın layiqli vətəndaşları olması üçün onların fəaliyyətinə kompetensiyalarla yanaşmağı tələb edir. Bu kompetensiyalarbilk, bacarıq, dəyərlər keyfiyyətlər və vərdişlər olmalıdır.

Müasir şagirdə bilikli olmaqla yanaşı yaradıcılıq, tənqidi təfəkkür, təşəbbüskarlıq, riskin qiymətləndirilməsi, qərarların müstəqil qəbul olunması, hisslərin konstruktiv idarə olunması kimi bilikləri aşılamaq lazımdır.

İbtidai təhsili başa vurmuş şagird aşağıdakıları bacarmalıdır:

  • yaşına uyğun bədii, elmi-kütləvi və məlumat xarakterli mətnləri müəyyən edilmiş qaydada oxumağı;
  • oxuduğu mətndəki əsas məzmunu ayırmağı və ona öz fikrini bildirməyi;
  • lüğətlərdən, məlumat xarakterli vəsaitlərdən, kompüter texnikasından istifadə etməyi;
  • öz fikirlərini şifahi və yazılı formada aydın ifadə etməyi;
  • məntiqi düşünməyi, fikir irəli sürməyi, başqasının fikrinə münasibət bildirməyi;
  • zəruri riyazi bilikləri həyatda tətbiq etməyi, sadə alqoritmləri yerinə yetirməyi;
  • müşahidə etdiyi obyekt və hadisələri təsvir etməyi, onları səciyyəvi əlamətlərinə görə fərqləndirməyi;
  • ünsiyyət qurmağı, əməkdaşlıq etməyi, komanda, kollektiv tərkibində fəaliyyət göstərməyi;
  • sadə mədəni davranışı, şəxsi gigiyena və zəruri təhlükəsizlik qaydalarına əməl etməyi;
  • müəyyən olunmuş normativlər çərçivəsində fiziki hərəkətləri, bədii-estetik qabiliyyətini nümayiş etdirməyi, sadə əmək vərdişlərini tətbiq etməyi;
  • öz hüquqlarını müdafiə etməyi, başqasının hüquqlarına hörmət etməyi;
  • insanlara, təbiətə, şəxsi və dövlət əmlakına, başqasının əməyinə həssas, qayğıkeş və ədalətli münasibət göstərməyi;
  • Azərbaycan xalqının əxlaqi-mənəvi dəyərləri, tarixi, mədəniyyəti, incəsənəti, görkəmli şəxsiyyətləri haqqında qazandığı ilkin bilikləri, habelə ölkəsinə qarşı əks mövqedə olan qüvvələri sadə formada təqdim etməyi;
  • xarici dildə sadə ünsiyyət bacarıqlarına yiyələndiyini nümayiş etdirməyi.

Ruhəngiz Əliyeva

Naxçıvan Müəllimlər İnstitutunun müəllimi

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: