Daha 42 nəfər ittifaq üzvünün Ağbulaq İstirahət Mərkəzinə göndərişi təmin olunub - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, avqustun 23-də Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurası tərəfindən yay mövsümündə üzvlərin istirahətinin təşkili çərçivəsində daha 42 nəfər ittifaq üzvünün Ağbulaq İstirahət Mərkəzinə göndərişi təmin olunub.

İki günlük istirahət proqramı çərçivəsində iştirakçılar üçün intellektual bilik yarışları, canlı musiqi, müxtəlif əyləncəli oyunlar, həmçinin şahmat və stolüstü tennis turnirləri təşkil edilib. Kanat xətti vasitəsilə təbiət mənzərəsini seyr edən iştirakçılar gündə üç dəfə təqdim olunan zəngin və keyfiyyətli yeməklərlə təmin olunublar.

Qeyd edək ki, yay mövsümü ərzində Həmkarlar İttifaqları Şurası tərəfindən təşkil edilən bu istirahət proqramına qatılan üzvlər yollayışın cəmi 15 faizini ödəməklə hər həftənin şənbə və bazar günlərini Ağbulaq İstirahət Mərkəzində səmərəli və mənalı şəkildə keçirmək imkanı əldə edirlər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: