Ordubadda ağacın budaqları qırılıb, üç nəfər xəsarət alıb

A- A A+

Ordubad rayonunda ağacın budaqlarının qırılması nəticəsində üç nəfər xəsarət alıb.

NUHÇIXAN-ın məlumatına görə, hadisə rayonun Vənənd kəndində baş verib.

Çinar ağacının iri budağı qırılaraq sakinlərin üzərinə düşüb. Nəticədə 1959-cu il təvəllüdlü Novruzov İbrahim Əli oğlu, 1970-ci il təvəllüdlü Ağalarov Miryunis Mirdavud oğlu və 1983-cü il təvüllüdlü Əliyev Anar Əhməd oğlu xəsarət alıb.

Xəsarət alanlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.

Tibbi yardım göstərildikdən sonra onlar evə buraxılıblar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: