Bayramqabağı təmizlik,səliqə-səhman işləri görülür

A- A A+

Əsrlərdən bugünümüzə gəlib çatan milli adət-ənənələrimizdən biri də budur ki, ilin axır çərşənbəsi nə qədər ev-eşikdə, həyət-bacada səliqə-sahman, təmizlik, abadlıq işləri aparılar, ağacların quru budaqları kəsilər, gül karlıqlar qaydaya salınar. Bu, Novruzun xoş ovqatla, yüksək səviyyədə qarşılanması üçün vacib şərtlərdən hesab olunur.

Şərur rayonunun idarə və müəssisələrinin kollektivləri də bayramqabağı tədbirlərə həvəslə qoşulublar. İnzibati binaların ətrafında və daxilində təmizlik işləri görülür, ərazidəki ot-alaq qalıqları dırmıqlanıb kənara çıxarılır, qızılgül kolları budanır, ağacların gövdə ətrafı yumşaldılır.

Yığılmış bitki qalıqları və toplanmış məişət tullantıları rayon Kommunal Müəssisələr Kombinatının xüsusi texnikası ilə kənara daşınır.

Ərazi icra nümayəndəlikləri və bələdiyyələri isə kəndlərdəki yaşıllıqlara və ağaclara qulluq edir, sakinlərin köməkliyi ilə məhəllələrdə, qəbiristanlıqlarda səliqə-sahman işləri görülür, su arxları təmizlənir.

 

“Şərurun səsi” qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: