NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin tibb xidməti üzrə kadr korpusunun şəffaf üsullarla yüksək ixtisaslı mütəxəssislər hesabına möhkəmləndirilməsi məqsədi ilə həkim (zabit) və feldşer ixtisası tələb edən kiçik rəis heyəti vəzifələrinə qulluğa qəbulla bağlı müsahibə keçirilir.
Vakant vəzifələr əsasən Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar xidmətin Mühafizə taboru və cəzaçəkmə müəssisələrindədir.
Ədliyyə orqanlarında qulluq keçmə ilə bağlı qanunvericiliyin tələblərinə cavab verən Azərbaycan Respublikası vətəndaşları müsahibəyə dəvət edilirlər.
Sənəd qəbulu Naxçıvan şəhəri, İslam Səfərli küçəsi 1 ünvanında yerləşən Ədliyyə Nazirliyinin inzibati binasında 1 sentyabr 2025-ci il tarixdən 1 oktyabr 2025-ci il tarixədək nəzərdə tutulmuşdur. Həmçinin müraciətlər elektron poçt ünvanı (njustice.gov.az) vasitəsilə də edilə bilər.
Əlaqə nömrəsi: (036) 545-00-69