Ötən həftə Naxçıvanda 12 yanğın hadisəsi qeydə alınıb

A- A A+

Ötən həftə ərzində Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olan zənglər əsasında nazirliyin yanğından mühafizə bölmələri tərəfindən 12 yanğın hadisəsinə çıxış həyata keçirilib.

Nazirliyin mətbuat xidmətindən NUHÇIXAN-a bildirilib ki, Kəngərli rayonunun Şahtaxtı və Çalxanqala kəndlərində fərdi yaşayış evində, Culfa rayonunun Bənəniyar kəndində ot bağlamalarında, Babək rayonunun Cəhri qəsəbəsində, Şərur rayonunun Maxta, Kürkənd, Şəhriyar, Mahmudkənd kəndlərində, Kəngərli rayonunun Qıvraq qəsəbəsində, Ordubad rayonunun Xanağa kəndində həyətyanı və quru otluq sahələrdə və Naxçıvan şəhərində məişət tullantısı qutusunda yanğın hadisələri baş verib.

Görülən təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların daha geniş sahələrə yayılmasının qarşısı alınaraq operativ söndürülməsi və insanların həyatının xilas olunması təmin edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: