Məktəbəqədər təhsil müəssisələrinə növbəyə yazılma prosesi müvəqqəti dayandırılır

A- A A+

Sentyabrın 1-dən məktəbəqədər təhsil müəssisələrində qrupların komplektləşdirilməsi məqsədilə növbəyə yazılma prosesi müvəqqəti olaraq dayandırılır.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən NUHÇIXAN-a bildirilib ki, qrupların komplektləşdirilməsi prosesi sentyabrın 1-dən 15-dək davam edəcək. Komplektləşdirilmə prosesi yekunlaşdıqdan sonra isə uşaqların məktəbəqədər təhsil müəssisələrində boş yerlərə qəbulu ilboyu davam etdiriləcək.

Qeyd edək ki, məktəbəqədər təhsil müəssisələrinə qəbul prosesi “bq.edu.az” portalı vasitəsilə elektron formada həyata keçirilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: