Naxçıvan Təlim Mərkəzi “Ofis Proqramları” təlimini uğurla başa çatdırıb - FOTOLAR

A- A A+

Naxçıvan Təlim Mərkəzi dövlət qurumlarında çalışan əməkdaşların rəqəmsal bacarıqlarının artırılması istiqamətində həyata keçirdiyi ardıcıl layihələr çərçivəsində daha bir uğurlu təlim proqramına yekun vurub. Avqustun 28-də başa çatan “Ofis Proqramları” üzrə peşəkar təlimlər İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzində keçirilib.

40 saat davam edən təlimi bu sahədə təcrübəli mütəxəssis Qönçə İsmayılova aparıb. Təlim müddətində iştirakçılara Microsoft Word, Excel və PowerPoint proqramlarının effektiv və praktik istifadəsi, hesabatların hazırlanması, təqdimat bacarıqları və sənəd tərtibatı üzrə ətraflı biliklər təqdim olunub.

Proqramın son günündə iştirakçıların biliklərini qiymətləndirmək məqsədilə sertifikasiya imtahanı təşkil edilib. Təlimi uğurla başa vuran iştirakçılara sertifikatlar təqdim olunacaq.

Naxçıvan Təlim Mərkəzi bundan sonra da dövlət qurumları əməkdaşlarının peşəkar inkişafı, rəqəmsal savadlılığının artırılması və innovativ yanaşmaların təşviqinə yönəlmiş layihələr həyata keçirməyi planlaşdırır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: