Naxçıvan şəhəri və Babək rayonu üzrə fəaliyyət göstərən bələdiyyələrin fəaliyyəti müzakirə edilib - FOTOLAR

A- A A+

Bu gün Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin təşkilatçılığı ilə Babək rayonunda bələdiyyələrin fəaliyyəti ilə bağlı tədbir keçirilib.

Nazirliyin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, tədbirdə Nazirliyin Bələdiyyələrlə iş şöbəsinin əməkdaşları, Naxçıvan şəhəri və Babək rayonu üzrə fəaliyyət göstərən bələdiyyə sədrləri və digər aidiyyəti şəxslər iştirak ediblər.

Tədbiri giriş sözü ilə Babək Rayon İcra Hakimiyyətinin əməkdaşı Ramil Allahyarov açaraq, bələdiyyələrin fəaliyyətinin yerli idarəetmədəki önəmindən danışıb, bu cür maarifləndirici tədbirlərin əhəmiyyətini vurğulayıb.

Tədbirin keçirilməsində məqsəd əvvəlki dövrlərdə bələdiyyələrin fəaliyyətində yol verilmiş bir sıra nöqsanların müzakirəsi və gələcəkdə bu cür xarakterik noqsanlara yol verilməməsi olub.

Tədbirdə çıxış edən Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş şöbəsinin rəisi Xəyal Eyvazov qeyd edib ki, bələdiyyələr öz fəaliyyətlərini qanunvericiliyə uyğun qurmalı, yerli özünüidarəetmədə şəffaflıq və məsuliyyət prinsiplərinə ciddi əməl etməlidirlər. O, aşkar olunmuş nöqsanların aradan qaldırılması üçün qanunvericiliyin tələblərinə uyğun tövsiyələrini verib, gələcəkdə bu sahədə nəzarətin daha da gücləndiriləcəyini vurğulayıb.

Xəyal Eyvazovun çıxışından sonra Nazirliyin Bələdiyyələrlə iş şöbəsinin əməkdaşı Rövşən Mirzəyev də çıxış edərək, konkret misallar üzərindən yol verilmiş nöqsanları diqqətə çatdırıb və onların hüquqi nəticələri barədə iştirakçılara ətraflı məlumat verib. O, bələdiyyələrin fəaliyyətində normativ-hüquqi aktlara riayət olunmasının vacibliyini bir daha xatırladıb.

Çıxışlar zamanı həmçinin bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə hüquqi maarifləndirmə tədbirlərinin davam etdiriləcəyi bildirilib.

Ədliyyə Nazirliyi tərəfindən yerli özünüidarəetmə orqanlarının fəaliyyətinə metodiki yardımın göstərilməsi və qanunvericiliyin tələblərinə uyğunluğun təmin olunması istiqamətində işlər bundan sonra da davam etdiriləcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: