Ötən il salınmış tut bağında bərpa işləri aparılıb - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı və Biomüxtəlifliyin Qorunması İdarəsinin əməkdaşları tərəfindən Naxçıvan-Çalxanqala avtomobil yolunun 12-ci kilometrliyində, yolun sağ hissəsindəki tut bağında bərpa işləri aparılıb.
Ötən il salınmış 2,5 hektarlıq bağda quruyan tinglər çıxarılaraq yerinə dibçəkdə yetişdirilmiş tut tingləri əkilib.