Zakir Həsənov Naxçıvan televiziyasının əməkdaşını təltif edib

A- A A+

NUHÇIXAN xəbər verir ki, müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə Naxçıvan televiziyasının əməkdaşı Məsumə Şirəliyeva fəxri fərmanla təltif olunub.

Qeyd edək ki, bir qrup jurnalist ordu quruculuğu sahəsində aparılan uğurlu islahatların ictimaiyyətə çatdırılması, hərbi-vətənpərvərliyin təbliği və dezinformasiyalara qarşı mübarizədə Müdafiə Nazirliyi ilə birgə əməkdaşlıqlarına görə döş nişanı və fəxri fərmanla mükafatlandırılıblar.

Təltifləri Nazirliyin Şəxsi Heyət Baş İdarəsinin rəisi general-mayor Müşfiq Məmmədov təqdim edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: