Naxçıvanda Milli Teatr Günü qeyd edilib - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Cəlil Məmmədquluzadə adına Naxçivan Dövlət Musiqili Dram Teatrında Milli Teatr Günü münasibətilə tədbir keçirilib. Tədbirdə Naxçıvan Muxtar Respublikasının  Mədəniyyət  naziri  Natəvan Qədimovaqeyd edib ki,  Azərbaycan Milli Teatrının yaranmasının 146 il ötür. Nazir bu münasibətlə  tədbir iştirakçılarını və teatr xadimlərini təbrik edib.

Qeyd olunub ki, bu yaxınlarda Azərbaycan Respublikası Prezidentinin  mədəniyyət xadimləri ilə görüşü  və 4 mart 2019-cu il tarixdə “Azərbaycan teatrlarının inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamı  bu  sahənin inkişafına göstərilən  qayğının  bariz  nümunəsidir.

Naxçıvan Muxtar Respublikasında da  teatrların fəaliyyətinə hərtərəfli dövlət qayğısı göstərilir. Hazırda muxtar respublikada  fəaliyyət göstərən Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili  Dram Teatrı, Məmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı, Naxçıvan Dövlət Uşaq Teatrı, 5 xalq teatrı tamaşaçıların mənəvi və estetik  zövqlərinin  formalaşmasında, onların asudə vaxtlarının mənalı  təşkilində əhəmiyyətli rol oynayır.

Tədbirin bədii hissəsində  Hüseyn Cavidin “Xəyyam” mənzum dramı əsasında  hazırlanmış tamaşa nümayiş etdirilib.  Şərq klassik  poeziyasının dahilərindən olan şair-mütəfəkkir Ömər Xəyyamın həyatından bəhs edən  “Xəyyam” dramı Hüseyn Cavidin dəyərli  yaradıcılıq nümunələrindəndir. Tamaşada Xəyyamla yanaşı dövrünün tanınmış şəxsiyyətlərinin bədii obrazları canlandırılıb.

Cavid Səfərli

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: