FHN tərəfindən Naxçıvan şəhərindəki çoxmərtəbəli yaşayış binasında 2 liftin fəaliyyəti dayandırılıb - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin Dövlət Sənaye və Dağ-Mədən Təhlükəsizliyi İdarəsi sənayedə və dağ-mədən işlərində təhlükəsizliyin təmin edilməsi istiqamətində fəaliyyətini davam etdirir.
Belə ki, Dövlət Sənaye və Dağ-Mədən Təhlükəsizliyi İdarəsinin əməkdaşları tərəfindən Naxçıvan şəhərində Əziz Əliyev küçəsindəki çoxmərtəbəli yaşayış binasında liftlərə texniki baxış keçirilib.
Baxış zaman lift boşluğuna su dolması və insan həyatı, sağlamlığı üçün təhlükə yaratdığı müəyyən olunub.
Qeyd olunanlar nəzərə alınaraq, liftlərin istismarı dayandırılıb və aşkar edilən texniki təhlükəsizliklə bağlı pozuntuların aradan qaldırılması üçün məsələ qaldırılıb.
Müvafiq akt tərtib edilərək, yalnız qayda pozuntularının aradan qaldırılacağı təqdirdə liftin istismarının mümkün olacağı və liftin müvafiq normalara riayət olunmadan istismarı zamanı baş verə biləcək qəza və bədbəxt hadisəyə görə məsuliyyət daşıdıqları barədə müvafiq vəzifəli şəxslərə məlumatlandırılıb.