İgidlik və fədakarlıq simvolu

A- A A+

Müslümov Valeh Əlizaid oğlu 1968-ci il sentyabrın 2-də Lerik rayonunda anadan olub. 1975-ci ildə Lerik rayon 2 saylı orta məktəbinin birinci sinfinə qəbul olunub, 1983-cü ildə səkkizinci sinfi bitirib. Həmin il Sumqayıt şəhər 17 saylı texniki-peşə məktəbində dülgər ixtisasına yiyələnib.

1984-cü ildə Sumqayıt şəhərindəki 2 saylı Tikinti Trestinin Səyyar Mexanikləşdirilmiş dəstəsində əmək fəaliyyətinə başlayıb. 1986-cı ildə hərbi xidmətə çağırılıb, 1988-ci ildə xidmətini başa vuraraq Sumqayıta qayıdıb.

Torpaqlarımızın erməni silahlı dəstələri tərəfindən işğal edilməsinə biganə qalmayan Valeh Müslümov 1991-ci ilin avqustunda Daxili İşlər Nazirliyinin Xüsusi Təyinatlı Milis Dəstəsinə qoşulub. O, Şuşa, Xocalı, Tovuz və Qubadlıda gedən döyüş əməliyyatlarında iştirak edib. Füzuli rayonu ərazisində erməni mühasirəsində qalan döyüşçülərin cəsədlərinin çıxarılması zamanı həyatını təhlükəyə ataraq misilsiz igidlik nümayiş etdirib.

1992-ci il aprelin 14-də Füzuli rayonunun Marquşevan kəndində gedən şiddətli döyüşlərdə Valeh Müslümov öz dəstəsi ilə qəhrəmancasına vuruşub. Həmin döyüşdə o, 11 yaralı yoldaşını xilas etsə də, özü qəhrəmancasına şəhid olub.

Azərbaycan Respublikası Prezidentinin 6 iyun 1992-ci il tarixli, 831 saylı fərmanı ilə Müslümov Valeh Əlizaid oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.

Hazırda onun təhsil aldığı Lerik rayon 2 saylı orta məktəb şəhid qəhrəmanın adını daşıyır.

Nurtac İsmayılova

Naxçıvan Dövlət Universitetinin "Jurnalistika " ixtisası üzrə

II kurs tələbəsi

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: