“Yol hərəkəti qaydalarının təşkili” mövzusunda tələbələrlə görüş keçirilib

A- A A+

NUHÇIXAN xəbər verir ki, “Naxçıvan” Universitetində “Yol hərəkəti qaydalarının təşkili” ilə əlaqədar maarifləndirici tədbir keçirilib.

 Universitetin Pedaqoji fakultəsinin dekanı Nurlana Əliyeva  yol hərəkəti qaydalarının təşkili ilə bağlı keçirilən maarifləndirici söhbətlərin əhəmiyyətindən bəhs edib.

Daha sonra  Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin  Dövlət Yol Polisi İdarəsinin əməkdaşı, polis baş leytenantı Ayaz İsmayılov nizamlanan və nizamlanmayan piyada keçidləri, işiqfordan istifadə qaydaları, yol hərəkəti qaydalarını pozmağa görə cərimələnmə məsələlərindən ətraflı danışıb. Qeyd edib ki, inzibati xətalar məcəlləsində yol hərəkəti qaydalarının pozulmasına görə sürücülərlə yanaşı piyadaların da kifayət qədər məsuliyyəti nəzərdə tutulub. Yol hərəkəti qaydalarına əməl edilməsi, onların təbliği istiqamətində ziyalıların-xüsusən ali təhsil alan gənc nəslin üzərinə də məsuliyyət  düşür- deyə polis baş leytenantı vurğulayıb. O,  tələbələri yol hərəkəti qaydalarına riayət etməklə  digər vətəndaşlara nümunə olmağa çağırıb.

Seyfur Hacımuradov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: