NUHÇIXAN xəbər verir ki, hadisə rayonun Aza kəndi ərazisində baş verib. Belə ki, 67-BL-015 dövlət nömrə nişanlı "Hyundai" markalı avtomobil yolu keçməyə çalışan Aza kənd sakini, 2009-cu il təvəllüdlü Seyidzadə Fatimə Qasım qızını vurub.
Yaralı Naxçıvan Muxtar Respublika Xəstəxanasına çatdırılıb, vəziyyətinin ağır olduğu bildirilir.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.