Ordubad rayonunda avtomobilin vurduğu 16 yaşlı qız xəstəxanada ölüb.
NUHÇIXAN xəbər verir ki, Ordubad rayonunun Aza kənd ərazisində sentyabrın 2-də axşam saatlarında qeydə alınan hadisə nəticəsində yolu keçmək istəyərkən xəsarət alan 2009-cu il təvəllüdlü Aza kənd sakini Seyidzadə Fatimə Qasım qızı müalicə aldığı xəstəxanada həyatını itirib.
Qeyd edək ki, 67-BL-015 dövlət nömrə nişanlı "Hyundai" markalı avtomobilin vurduğu F.Seyidzadə vəziyyəti ağır olduğu üçün Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilmişdi.
Faktla bağlı araşdırma aparılır.