Naxçıvanda narkotikin təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan MR Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı  narkotik vasitənin təsiri altında nəqliyyat vasitəsini idarə edən sürücü  saxlanılıb.

Naxçıvan şəhəri ərazisində hərəkətdə olan “Saipa Tiba” markalı avtomobilin sürücüsünə qayda pozuntusuna yol verdiyi üçün saxla işarəsi verilib. Həmin nəqliyyat vasitəsini idarə edən Arzu Səfərovun  narkotik vasitə qəbul etməsinə dair şübhələr olduğundan tibbi müayinədən keçirilməsi təmin olunub. Müayinənin nəticəsinə əsasən A.Səfərovun narkotik vasitə istifadə etdiyi məlum olub.

Həmin şəxs barəsində qanunvericiliyə uyğun olaraq protokol tərtib edilib və toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Naxçıvan Şəhər Məhkəməsinə göndərilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: