Son günlər Naxçıvan Muxtar Respublikasında “Araz-NET” fiber-optik internet provayderinin fəaliyyətini dayandırması ilə bağlı cəmiyyət arasında yayılan məlumatlar tamamilə əsassızdır və həqiqətə uyğun deyil.
Bu barədə NUHÇIXAN-a "Araz-NET” fiber-optik internet provayderindən verilən məlumatda qeyd olunur. Bildirilib ki, şirkət fəaliyyətini tam gücü ilə davam etdirir. Bildirilib ki, “Araz-NET”Naxçıvan Muxtar Respublikasının telekommunikasiya bazarına uzunmüddətli perspektivlə daxil olmuşdur və əsas məqsədi hər bir evi və iş yerini yüksək sürətli, kəsintisiz internetlə təmin etməkdir: "Son dövrlərdə Şahbuz şəhəri də daxil olmaqla yeni əraziləri əhatə dairəmizə uğurla əlavə etmişik və bu istiqamətdə işlərimiz fasiləsiz davam edir.
Yaxın gələcəkdə Naxçıvan Muxtar Respublikasının digər şəhər və kəndlərini də əhatə edəcək genişlənmə planlarımız mövcuddur. Hədəfimiz “Araz-NET” keyfiyyətini hər bir Naxçıvan sakini üçün əlçatan etməkdir. Bütün abunəçilərimizə göstərdikləri etimada görə təşəkkür edir və onları yalnız rəsmi mənbələrdən gələn məlumatlara inanmağa çağırırıq", - deyə qurum qeyd edib.