Azərbaycanın un ehtiyatlarının həcmi açıqlanıb

A- A A+

2024-cü ilin yekununda Azərbaycanın un ehtiyatlarının həcmi 1 milyon 764 min 476 ton təşkil edib. 

NUHÇIXAN Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 0,5 % azdır.

Ötən il  ölkədə un ehtiyatlarının həcmində ən aşağı göstərici qeydə alınıb. Ehtiyatların 16,3 %-i ilin əvvəlinə olan qalıq, 77,4 %-i istehsal, 6,2%-i isə idxal hesabına formalaşıb.

2024-cü ildə Azərbaycanda 1 milyon 365 min 906 ton un istehsal edilib ki, bu da 2023-cü illə müqayisədə 2,8 % çoxdur. Hesabat dövründə ölkəyə un idxalının həcmi 28,2 %  azalaraq 109 min 860 tona, ilin əvvəlinə olan qalıq isə 1,1% azalaraq 288 min 710 tona düşüb. 

Ehtiyatların 3 min 68 tonu mal-qara və quş yemi üçün, 395 min 778 tonu əhalinin şəxsi istehlak fondu üçün, 930 min 239 tonu isə qida məhsullarının istehsalı üçün, 107 min 234 tonu qeyri-qida məhsullarının istehsalı üçün, 18 min 758 tonu ixrac üçün istifadə edilib. Hesabat ilində itkilərin həcmi 21 min 187 ton olub. 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: