NUHÇIXAN "Greek Reporter"-ə istinadən xəbər verir ki, Yunanıstan vətəndaşı Antonios Mavropolulos "Ethiopian Airlines" şirkətinin ötən gün qəzaya uğrayan təyyarəsinə gecikdiyi üçün sağ qalıb.
Yunanıstanın "ALPHA TV"-yə müsahibəsində A.Mavropolulos bildirib ki, təyyarəyə iki dəqiqə gecikib. "Mən insanların təyyarəyə necə mindiklərini gördüm. Buraxılmadığıma görə çox qəzəbli idim”, - deyə Mavropolulos bildirib.
Qeyd edək ki, ötən gün qəzaya uğrayan "Boeing 737"-nin göyərtəsində 157 nəfər olub. Onarın hamısı həlak olub. Bildirilir ki, qəza təyyarə Efiopiyanın paytaxtı Əddis Əbəbədən havaya qalxdıqdan bir-neçə dəqiqə sonra baş verib.