Naxçıvanda şadlıq saraylarının və restoran sahiblərinin məsul vəzifəli şəxsləri yanğın təhlükəsizliyi qaydaları barədə maarifləndirilib - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, bununla bağlı keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin əməkdaşları çıxış edərək şadlıq sarayları və restoranlarda insanların həyatı, sağlamlığı üçün ehtimal olunan fövqəladə hadisələr və onların qarşısının alınması üçün görüləcək qabaqlayıcı tədbirlər barədə danışıblar.

İştirakçılara restoran və şadlıq saraylarında yanğın təhlükəsizliyin mövcud vəziyyəti, yanğın təhlükəsizliyi qaydaları, tüstü bacalarının yağ qalıqlarından vaxtlı-vaxtında təmizlənməsi, yanğınsöndürmə və yanğından mühafizə sistemlərinin daima saz olmasının vacibliyi barədə məlumatlar verilib.

Qeyd olunub ki, insanların sağlamlığını və həyatlarını təhlükə altında qoyan, həmçinin yanğın baş verməsinə gətirib çıxara bilən hərəkətlərə yol verməməli, yanğın təhlükəsizliyi qaydalarını öyrənməli və onlara ciddi riayət etməlidir.

İnteraktiv formada keçirilən tədbir zamanı suallar ətraflı cavablandırılıb. Tədbir müddətində iştirakçılara videoçarx və slaydlar təqdim olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: