Səlahiyyətli nümayəndə şəhid övladını ali məktəbə qəbul olunması münasibətilə təbrik edib - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, sentyabrın 4-də Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Vətən müharibəsi şəhidi, "Azərbaycan Bayrağı" ordeni, "Vətən uğrunda", "Şuşanın azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilmiş Ruzi İbrahimovun övladı Gülay İbrahimova ilə 
görüşüb. 

Səlahiyyətli nümayəndə Gülay İbrahimovanı tələbə adını qazanması münasibətilə ürəkdən təbrik edib, ona sağlam həyat, təhsilində və gələcək fəaliyyətində uğurlar arzulayıb. Bildirib ki, dövlətimiz Vətən fədailərinin qəhrəmanlıqlarını unutmur, onların bizə əmanəti olan övladlarına daim xüsusi qayğı göstərir.

Gülay İbrahimova səmimi görüşə görə təşəkkür edib. Məlumat verib ki, Bakı Dövlət Universitetinin İqtisadiyyat fakültəsinə qəbul olunub. Ali təhsilini uğurla davam etdirərək qəhrəman atasının uğrunda canından keçdiyi Vətəninə layiqli bir övlad kimi yetişməyi qarşısına məqsəd qoyub.

Səlahiyyətli nümayəndə şəhid övladı ilə səmimi söhbət edib, onun qayğıları ilə maraqlanıb.

Fuad Nəcəfli şəhid övladına hədiyyələr təqdim edib, onunla xatirə fotosu çəkdirib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: