Naxçıvanda istirahət mərkəzində bədbəxt hadisə baş verib, ölənlər və yaralananlar var

A- A A+

Naxçıvanda bədbəxt hadisə baş verib.

NUHÇIXAN xəbər verir ki, hadisə bu gecə Şahbuz rayonu Ayrınc kəndi ərazisində qeydə alınıb.

İstirahət mərkəzlərinin birində gölməçə üzərində olan platformanın aşması nəticəsində bir ailənin iki üzvü ölüb. Ailənin digər üzvü isə xəstəxanaya aparılarkən hadisənin şokundan yolda dünyasını dəyişib.

Hadisədən sonra xəstəxanaya yollanan digər ailə üzvləri isə yolda qəza törədib. Yol qəzası zamanı Naxçıvan şəhər sakinləri, 1983-cü il təvəllüdlü Hüseynov Tural Əli oğlu və onun oğlu, 2007-ci il təvəllüdlü Hüseynov Nicat Tural oğlu xəsarət alıblar. Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.

Baş verən hadisələrlə bağlı araşdırma aparılır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: