Azərbaycanda minaaxtaran qadınların sayı açıqlanıb

A- A A+

Hazırda Azərbaycanda 18 qadın minaaxtaran və 2 qadın paramedik (tibb işçisi) fəaliyyət göstərir.

Bu barədə NUHÇIXAN-nın sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) məlumat verilib.

Bildirilib ki, qadın minaaxtaranlar indiyədək 501 hektar ərazini minalardan təmizləyib, 400 ədədə yaxın mina və partlamamış hərbi sursat aşkarlayıblar.

Qeyd edək ki, 2023-cü ildən etibarən qadınlardan ibarət minatəmizləmə qrupları işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunub. Onlar ilk olaraq Ağdam rayonu ərazisində, hazırda isə Ağdərə rayonunun Talış kəndi ərazisində minatəmizləmə əməliyyatlarında iştirak edirlər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: