Binəqədi rayonunda avtomobil qaçıran şəxs saxlanılıb

A- A A+

Sentyabrın 4-də paytaxtın Binəqədi rayonunda sürücü polisə müraciət edərək “VAZ-2106” markalı avtomobilinin naməlum şəxs tərəfindən qaçırıldığını bildirib.

NUHÇIXAN xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri ilə cinayət əməlini törətməkdə şübhəli bilinən 39 yaşlı C. Qurbanov saxlanılıb. Nəqliyyat vasitəsi polis əməkdaşları tərəfindən aşkarlanaraq sahibinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: