Kəngərlidə yaşıllıq sahələri genişləndirilir

A- A A+

NUHÇIXAN xəbər verir ki, Kəngərli rayonun ərazisində 1 hektara yaxın sahədə yeni yaşıllıq zolağı və meyvə bağı salınıb. Qeyd edək ki,  rayonda yeni qapalı suvarma şəbəkəsinin qurulması yaşıllıqların və meyvə bağlarının davamlı suvarma suyu ilə təmin olunmasına imkan yaradıb. Rayonun Böyükdüz kəndi ərazisində ötən il yeni qapalı suvarma şəbəkəsinin istifadəyə verilməsi ilə daha 600 hektardan çox torpaq sahəsi əkin dövriyyəsinə qatılıb.

Ümumiyyətlə muxtar respublika ərazisində ötən 25  ildə 18 min 500 hektardan çox sahədə meyvə bağları, meşə massivləri, yaşıllıq zolaqları salınıb. Ətraf mühitin mühafizəsi sahəsində həyata keçirilən tədbirlər nəticəsində meşə və qeyri-meşə fondu ərazilərində yaşıllıqların sahəsi 1990-cı illərlə müqayisədə  0,6 faizdən 14 faizədək artıb.

Təkcə 2018-ci ildə ümumilikdə muxtar respublika ərazisində 473 hektar sahədə yaşıllaşdırma, meşəsalma və meşəbərpa tədbirləri həyata keçirilib.

“2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”na uyğun olaraq dağlıq və orta dağlıq ərazilərdə meyvəçiliyin inkişaf etdirilməsi məqsədilə qoruq,  milli park və yasaqlıq ərazilərində ümumilikdə 10 hektar olmaqla,  2,5 hektar üzüm,  7,5 hektar sahədə meyvə bağları salınıb, 78 hektardan çox sahədə toxumla bərpa tədbirləri icra edilib.

 

Röyal Kərimov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: