Azərbaycanda bəzi elektrik mühərriki ilə işləyən avtobuslar idxal gömrük rüsumundan azad edilib

A- A A+

Nazirlər Kabineti 22 aprel 1998-ci il tarixli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında" qərarında dəyişiklik edib.

NUHÇIXAN xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, bundan sonra İqtisadiyyat Nazirliyinin təsdiqedici sənədinə əsasən, sənaye parklarının rezidentləri tərəfindən sənaye istehsalı (yığımı) məqsədilə idxal olunan oturacaqsız, tutacaqsız və monitoru quraşdırılmamış yalnız elektrik mühərriki ilə işləyən avtobuslar idxal gömrük rüsumundan azad edilib.

Nazirlər Kabinetinin "Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri"ndə etdiyi dəyişikliklə yalnız elektrik mühərriklə hərəkətə gətirilən oturacaqsız, tutacaqsız və monitor quraşdırılmamış avtobuslara 15 % idxal gömrük rüsumu tətbiq ediləcək.

Bu Qərar bu il avqustun 1-dən tətbiq edilir və 2027-ci il 1 yanvar tarixinədək qüvvədə olacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: