Heydər Əliyev Su Anbarının ətrafı tullantılardan təmizlənib - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Ümumrespublika Təmizlik Marafonu çərçivəsində 05 sentyabr tarixində Heydər Əliyev Su Anbarının ətrafında təmizlik aksiyası keçirilib.

“Təmiz ölkəm” devizi ilə keçirilən aksiyada Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, yanındakı və tabeliyindəki qurumların əməkdaşları, eyni zamanda ekokönüllülər və “ASAN” könüllüləri iştirak ediblər. ərazi ümumilikdə 140 kiloqramdan artıq tullantıdan təmizlənib.

Təmizlik aksiyalarının keçirilməsində məqsəd ətraf mühitin qorunması, ictimaiyyət arasında ekoloji şüurun artırılması, təbiətə qarşı məsuliyyətli davranışın təşviq olunması, eləcə də tullantıların düzgün idarə olunmasına diqqətin cəlb edilməsidir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: