AQTA: Astarada zəhərlənməyə ev şəraitində hazırlanan qidalar səbəb olub - FOTOLAR

A- A A+

Astara rayonunda məişət şəraitində baş verən hadisənin səbəblərinin müəyyən edilməsi ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən araşdırmalar aparılıb.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən NUHÇIXAN-a verilən məlumata görə, araşdırma nəticəsində hadisənin qarpız zəhərlənməsindən baş verməsi ilə bağlı yayılan məlumatın həqiqətə uyğun olmadığı müəyyən edilib. Astara rayon sakinlərinin sentyabrın 3-də Astara rayonu Motlayataq kəndində Heydərli Samir Firdovsi oğluna məxsus həyətyanı sahədə təşkil edilən kiçik toy mərasimində bir gün əvvəlcədən ev şəraitində hazırlanan qidalar qəbul etdikləri məlum olub.

Məclisdə istehlaka təqdim edilən ev şəraitində bişmiş qidalardan nümunələr götürülərək laborator analizlərə cəlb edilib.

Agentlik bir daha məişət şəraitində hazırlanan qidaları istehlaka təqdim edərkən, saxlama şəraitinə, temperatur rejiminə, gigiyena və düzgün daşıma qaydalarına riayət edilməsinin vacibliyini bildirir. Eyni zamanda, istehlakçılar arasında çaşqınlıq və narahatlıq yaranmaması üçün yalnız rəsmi qurumlar tərəfindən təqdim olunan, dəqiqləşdirilmiş məlumatlara istinad edilməlidir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: