Naxçıvanda mətbuat xidmətlərinin fəaliyyətləri genişləndirilir - VİDEO

A- A A+

Naxçıvan Muxtar Respublikasının mərkəzi icra hakimiyyəti orqanlarının mətbuat xidmətləri ilə kütləvi informasiya vasitələri əməkdaşlarının görüşü keçirilib.  Görüşdə fəaliyyətin yeni tələblər səviyyəsində qurulması məsələləri  geniş müzakirə edilib. Vurğulanıb ki, son vaxtlar mətbuat xidmətlərinin kütləvi informasiya vasitələri ilə əməkdaşlığında təşəbbüslər  nəzərə çarpsa da fəallıq  qənaətbəxş deyil.

Kütləvi informasiya vasitələrinin  nümayəndələri  qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi və peşəkarlığın artırılması  istiqamətində təkliflər veriblər. Naxçıvan televiziyasının əməkdaşları görüşdən geniş videomaterial hazırlayıblar.

NUHÇIXAN həmin videomaterialı təqdim edir:  

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: