Bibiheybətdə istirahət mərkəzində yanğın baş verib - FOTOLAR

A- A A+

Bibiheybət qəsəbəsində yerləşən istirahət mərkəzində yanğın baş verib.

NUHÇIXAN xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində istirahət mərkəzinin ərazisində ümumi sahəsi 500 m² olan obyektin yanar konstruksiyaları 350 m² sahədə yanıb.

Obyektin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: