Naxçıvanda əsgər ölümündə ittiham olunan Samir Həziyev və Aydın Quliyev azadlığa buraxılıb

A- A A+

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Ceyhun Hüseynovun qətli ilə bağlı ittiham olunan hərbi hissə komandiri, polkovnik Samir Həziyev və hərbi hissənin Tibb Xidməti rəisi Aydın Quliyev barəsində olan hökmdən verilən şikayətə baxılıb.

Naxçıvan Muxtar Respublika Ali məhkəməsindən NUHÇIXAN-a verilən məlumata görə, bu gün Naxçıvan Ali Məhkəməsi bununla bağlı qərar qəbul edib. 

Hakim Vüqar Quliyevin sədrliyi ilə keçirilən prosesdə qəbul olunan qərara əsasən, Samir Həziyev barəsində 2 il, Aydın Quliyev barəsində isə 1 il 6 ay sınaq müddəti seçilməklə cəzaları şərti hesab olunub. Onlar azadlığa buraxılıblar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: