Naxçıvan Muxtar Respublikasında əhalinin sayı artıb.
Bu barədə NUHÇIXAN-a Naxçıvan MR Statistika Komitəsindən məlumat verilib.
Bildirilib ki, 1 avqust 2025-ci il tarixə muxtar respublikada əhalinin sayı bir il əvvələ nisbətən 2 min 58 nəfər və ya 0,4 faiz artaraq 471 min 911 nəfər olub.