Naxçıvan televiziyasında “Jurnalistika təlimi” layihəsi uğurla davam edir - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Təlim Mərkəzi və Naxçıvan Televiziyasının birgə təşkilatçılığı ilə gənclər üçün nəzərdə tutulan “Jurnalistika təlimi” layihəsi davam etdirilir.

Layihənin 11-ci günü də yadda qalan olub. Bu gün Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti Təhminə Babayeva, Xəbərlər Departamentinin rəhbəri Röyal Məmiyev və Azərbaycanın Əməkdar jurnalisti Əbülfəz Dünyamalıyev müxtəlif mövzular üzrə interaktiv təlimlər keçiblər.

Təlimlərdə xəbər yazmaq və reportaj bacarıqları, operativ jurnalistika və etik prinsiplər, təqdimat bacarıqları, həmçinin mediada münasibətlərin qurulması mövzularında əhatəli biliklər təqdim olunub.

Qeyd edək ki, 14 gün davam edəcək intensiv proqram iştirakçıların nəzəri və praktiki biliklərini artırmaq, onları müasir media texnologiyaları ilə tanış etmək və peşəkar mühitə hazırlamaq məqsədi daşıyır. Proqramı uğurla başa vuranlara diplomlar təqdim ediləcək, ən aktiv iştirakçıya isə Naxçıvan Televiziyasında staj imkanı yaradılacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: