11 sentyabr – Azərbaycan tarixinə adlarını qızıl hərflərlə yazdıran beş qəhrəmanın doğum günüdür

A- A A+

Onlar torpaq, Vətən sevgisini canlarından uca tutaraq şəhidlik zirvəsinə ucalıblar.

Müşfiq Səfərov – 1973-cü ildə Kəngərli rayonunun Yurdçu kəndində anadan olub. 1992-ci ildə həqiqi hərbi xidmətə çağırılaraq Sədərək döyüşlərində iştirak edib. Həmin il mayın 17-də snayper gülləsi ilə yaralanıb, mayın 18-də isə xəstəxanada şəhid olub.

Mehman Əsgərov – 1973-cü ildə Sədərək rayonunda dünyaya gəlib. 1996-cı il avqustun 6-da Tərtər rayonu ərazisində qəhrəmancasına şəhid olub.

Elbrus Əliyev – 1973-cü ildə Babək rayonunun Çeşməbasar kəndində doğulub. 1995-ci il mayın 18-də şəhidlik zirvəsinə yüksəlib.

Kənan Quliyev – 1992-ci ildə Culfa şəhərində anadan olub. 44 günlük Vətən müharibəsi dövründə, 2020-ci il oktyabrın 26-da Qubadlı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Ölümündən sonra göstərdiyi igidliyə görə bir sıra medallarla təltif edilib.

Elməddin Meydanov – 1989-cu ildə Şərur rayonunun Vərməziyar kəndində doğulub. 44 günlük Vətən müharibəsi zamanı, 2020-ci il oktyabrın 27-də Zəngilan döyüşlərində qəhrəmancasına şəhid olub. Ölümündən sonra medallarla təltif edilib.

Onların xatirəsi daim qəlblərdə yaşayacaq, göstərdikləri qəhrəmanlıq gələcək nəsillərə yol göstərəcəkdir.

 

Nurtac İsmayılova

Naxçıvan Dövlət Universitetinin "Jurnalistika " ixtisası üzrə

II kurs tələbəsi

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: