Culfada “Huawei” şirkətinə məxsus rabitə avadanlıqları quraşdırılır  

A- A A+

Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, muxtar respublikada yeni texnologiyaların tətbiqi və əhaliyə keyfiyyətli poçt, rabitə, internet və teleradio xidmətlərinin göstərilməsi 2019-cu ilin fevral ayında da davam etdirilib. Ötən ay Şərur  rayonunun Kərimbəyli kənd mərkəzinin açılışı olub və kənd mərkəzində yeni Rabitə Evi istifadəyə verilib. Rabitə evində quraşdırılan yeni nəsil 384 nömrəlik Avtomat Telefon Stansiyası Kərimbəyli kəndində 241 abonentə və 106 internet istifadəçisinə xidmət edir. Şərur rayonunun Kərimbəyli poçt bölməsi yeni binaya köçürülüb, bütün işçi kompüterlər “Naxçıvanpoçt”un şəbəkəsinə qoşulub və digər lazımi avadanlıqlarla təmin olunub. Nömrə tutumlarının artırılması nəticəsində hesabat ayında 169 yeni telefon nömrəsi istismara verilib.

Muxtar respublikada yeni nəsil texnologiyaların tətbiqi ilə əlaqədar nəzərdə tutulan 5 mərhələdən ibarət layihənin artıq 4-ü mərhələsi başa çatdırılıb. Ötən ilin noyabr ayında Culfa rayon ərazisində yeni nəsil telekommunikasiya sisteminin qurulması ilə əlaqədar Çin Xalq Respublikasının “Huawei” şirkəti ilə müqavilə imzalanıb, bu ilin fevral ayında avadanlıqlar muxtar respublikaya gətirilib. Hazırda avadanlıqların montoj quraşdırma işləri davam etdirilir. 2019-cü ilin üçüncü rübünədək  layihənin başa çatdırılması nəzərdə tutulur.

Fevral ayında muxtar respublika ərazisində, ümumilikdə, 6270 metr fiber-optik kabel xətti çəkilib, genişzolaqlı ADSL texnologiyası vasitəsilə 467 yeni abunəçi internetlə təmin olunub, Naxçıvan Muxtar Respublikasının “Elektron hökumət” portalında yenilənmə işləri davam etdirilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: