Culfa rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
NUHÇIXAN xəbər verir ki, rayon sakini Qüdrət Quliyevin idarə etdiyi “BMW” markalı avtomobilin aşması nəticəsində sürücü və 3 sərnişin hadisə yerində həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.
Hadisənin yağıntılı hava şəraitinə görə yolda avtomobilin sürüşməsi nəticəsində baş verdiyi ehtimal edilir.