Məhdud fiziki imkanlı uşaqların bayram sevinci - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Naxçıvan Regional İnformasiya Mərkəzində Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə məhdud fiziki imkanlılar üçün Novruz şənliyi keçirilib.
Bayram tədbirində Naxçıvan Uşaq Bərpa Mərkəzində müalicə alan və Regional İnformasiya Mərkəzində tədrisə cəlb edilən sağlamlıq imkanları məhdud 30 uşaq iştirak edib.
Tədbirdə Heydər Əliyev adına Uşaq Gənclər Yaradıcılıq Mərkəzinin rəqs qrupu mahnı və rəqslər ifa edib, Naxçıvan Dövlət Kukla Teatrının aktyorları tamaşalardan səhnəciklər göstəriblər. Həmçinin, mərkəzdə reabilitasiya kurslarına cəlb edilən uşaqların iştirakı ilə hazırlanmış yaradıcılıq nümunələri də maraqla qarşılanıb.
Sonda uşaqlara bayram hədiyyələri təqdim edilib.
Sağlamlıq imkanları məhdud uşaqların valideynləri göstərilən qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Ərhan Novruzov