Simsiz qulaqlıqlar xərçəng riskini artırır

A- A A+

ABŞ-ın “Apple” korporasiyası 2018-ci ildə 29 milyon simsiz “AirPods” qulaqlıqları satıb. İndi məlum olur ki, bu texnika xərçəng riskini artırır. NUHÇIXAN xəbər verir ki, bu barədə məlumat BMT və Dünya Səhiyyə Təşkilatına ünvanlanmış petisiyada yer alıb. 250-dən çox alimin imzaladığı müraciətdə deyilir ki, radiotezlikli radiasiya əsasında işləyən çoxsaylı simsiz qurğular, o cümlədən “Bluetooth”, “Wi-Fi”, müxtəlif cür mobil qurğular xərçəng riski baxımından çox təhlükəlidir, çünki onlar insanın qulaq kanalına taxılır və ora yüksək səviyyədə radiasiya ötürür.

Doğrudur, bu barədə yekdil fikir yoxdur, lakin radiotezlikli radiasiyanın heyvanlara təsirini öyrənən tədqiqatlar təsdiq edib ki, bu qurğular xərçəng törədə bilər. Lakin kanserogen sayılan radiasiya səviyyəsi bəzi hallarda tənzimləyici orqanların yol verdiyi maksimum həddən xeyli aşağı olub.

Xatırladaq ki, simsiz qulaqlıqlar smartfona zəif dalğaların ötürülməsi üçün elektromaqnit enerjisindən istifadə edən simsiz texnologiya - “Bluetooth” sistemi vasitəsilə qoşulur. “Bluetooth” zəif radiodalğalar əsasında işləyir. Lakin radiodalğaların aşkar riski bundan ibarətdir ki, onların səviyyəsi yüksək olanda yanıqlar törədir. Alimlər zəif radiodalğaların insan orqanizminə uzun müddət necə təsir göstərdiyini aydınlaşdırmağa çalışırlar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: