Naxçıvan televiziyasında “Jurnalistika təlimi” layihəsi uğurla davam edir - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Təlim Mərkəzi və Naxçıvan Televiziyasının birgə təşkilatçılığı ilə gənclər üçün nəzərdə tutulan “Jurnalistika təlimi” layihəsi davam etdirilir.

Layihənin 12-ci günü də yaddaqalan olub. Bu gün Naxçıvan televiziyasının baş redaktoru Aysun Məmmədli, Xəbərlər proqramının aparıcısı Xanım Rüstəmzadə  müxtəlif mövzular üzrə interaktiv təlimlər keçiblər.

Qeyd edək ki, 14 gün davam edəcək intensiv proqram iştirakçıların nəzəri və praktiki biliklərini artırmaq, onları müasir media texnologiyaları ilə tanış etmək və peşəkar mühitə hazırlamaq məqsədi daşıyır. Proqramı uğurla başa vuranlara diplomlar təqdim ediləcək, ən aktiv iştirakçıya isə Naxçıvan Televiziyasında staj imkanı yaradılacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: